Azərbaycanlı məşqçiyə 20 oyunluq cəza verildi

"Səbail" futbol komandasının məşqçisi Vüqar Məmməd 20 oyunluq cəzalanıb.

"Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi gənc mütəxəssisin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab görüşünün 76-cı dəqiqəsində köməkçi hakim Cavanşir Yusifovu vurması göstərilib.

Faktla əlaqədar Azərbaycanın U-19 və U-17 millillərinin keçmiş baş məşqçisi uzunmüddətli diskvalifikasiyaya məruz qalıb, "Səbail"ə 16 000 manat cərimə kəsilib.

Bu oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” klubu isə 800 manat ziyana düşüb.

Qeyd edək ki, oyun "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda "Səbail" 1:0 hesabı ilə qalib gəlsə də, səfərdə az qol vurduğu üçün mübarizəni dayandırıb.

Digər xəbərlər