Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsi 2020/2021 mövsümü üzrə U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarında iştirak etmək istəyən region komandaları ilə ZOOM proqramı üzərindən onlayn iclas keçirəcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşlər sentyabrın 8-dən başlayacaq.
İclasda liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq, təklif və müzakirələr aparılacaq.
Regionlar üzrə görüşlərin vaxtları:
| ZONALAR | TARİX | SAAT |
| Şimal Qərb və Qarabağ regionu | 08.09.2020 | 14:00 |
| Qərb regionu və Gəncə | 09.09.2020 | 14:00 |
| Mərkəz | 09.09.2020 | 16:00 |
| Cənub | 10.09.2020 | 14:00 |
| Paytaxt və Şimal zonası | 11.09.2020 | 14:00 |
Qeyd edək ki, liqalara yeni qoşulmaq istəyən komandalar görüşdə iştirak ilə əlaqədar liqalar@affa.az elektron ünvanına komandanın adını və telefon nömrəsini göndərə bilər.