Bakı. 8 dekabr. REPORT.AZ/ AFFA prezidentinin əmrinə əsasən yaradılan Klublar Komitəsinin ilk yığıncağının keçiriləcəyi tarix açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplantı dekabrın 10-da saat 15:00-da olacaq.
Qeyd edək ki, Klublar Komitəsinin Əsasnaməsi AFFA-nın İcraiyyə Komitəsinin 3 dekabr 2014-cü il tarixli iclasında yekdil səslə təsdiq olunub və assosiasiyanın saytında yerləşdirilib.