“Baku Marriott Hotel Boulevard” hoteldə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, aparılmış müzakirələrdən sonra 5 qərar qəbul olunub:
1. Tural Piriyev “Futbolun İnkişafı Fondu”nun (FİF) icraçı direktoru təyin olunsun.
2. Müvafiq yaş qrupundan ibarət Azərbaycan millisinin Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənsin. Komandanın baş məşqçisi vəzifəsi Samir Əliyevə həvalə olunsun (Turnirdə hansı yaş qrupundan ibarət komandanın iştirak edəcəyi barədə əlavə məlumat veriləcək).
3. Beynəlxalq təcrübə nəzərə alınaraq, həmçinin aşağı yaş qruplarından ibarət komandalarda uşaqların futboldan daha çox zövq ala bilməsinə şərait yaradılması, böyükhesablı məğlubiyyətlər zamanı uduzan komandanın üzvlərinin həvəsdən düşməməsi məqsədilə 2022/2023-cü il mövsümündən etibarən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9 liqasının oyunlarında hesab və nəticə qeydiyyatı aparılmayacaq, U-10, U-11 və U-12 liqalarında isə hesablar deyil, qalib və məğlub formatında qeydiyyat aparılacaq.
4. Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra AFFA tərəfindən Gəncə şəhər stadionunun mərhələli şəkildə inşasına başlansın.
5. Bakı Kəndlər Futbol Federasiyasının AFFA üzvlüyünə qəbul edilməsi ilə bağlı müraciəti qəbul olunmasın.
İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun və “Futbolun İnkişafı Fondu”nun icraçı direktoru Tural Piriyevin iştirakı ilə mətbuat konfransı keçirilib.
AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
Digər xəbərlər
Arsenalın futbolçusu Bukayo Saka altı həftə yaşıl meydanlardan kənarda qalacaq
24 oktyabr, 2026 / 14:21
U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
24 oktyabr, 2026 / 13:01
Liverpul David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
24 oktyabr, 2026 / 12:29
Barselona, Bavariya və Çelsi Luka Vuşkoviçlə maraqlanır
24 oktyabr, 2026 / 11:12
Premyer Liqa: Kəpəz bu gün Şəfa ilə, Neftçi Turan Tovuzla üz-üzə gələcək
24 oktyabr, 2026 / 09:00
Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir
24 oktyabr, 2026 / 08:00
Premyer Liqa: Zirə Sumqayıtı məğlub edib
23 oktyabr, 2026 / 20:55
Fransadakı etiraz aksiyalarına görə PSJ-nin oyununun vaxtı dəyişdirilib
23 oktyabr, 2026 / 17:28
Azərbaycan Premyer Liqası: IX turun açılış oyununda Qəbələ Araz-Naxçıvanı məğlub edib
23 oktyabr, 2026 / 16:55
PSJ hücum xəttini gücləndirmək üçün İbrahim Mazanı transfer etməyi planlaşdırır
23 oktyabr, 2026 / 16:04
Arsenal Aleks Baenanı heyətinə qatmaq istəyir
23 oktyabr, 2026 / 15:16
Futbol üzrə Asiya Kuboku cüt illərdə təşkil olunacaq
23 oktyabr, 2026 / 14:31
Mançester Yunaytedin futbolçusu Benyamin Şeşko fevraladək yaşıl meydanlardan kənarda qalacaq
23 oktyabr, 2026 / 13:53
Arsen Venger Hövsan Yarış Kompleksində olub
23 oktyabr, 2026 / 13:40
Şəfanın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalanıb
23 oktyabr, 2026 / 13:17
İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb
23 oktyabr, 2026 / 13:13
Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır
23 oktyabr, 2026 / 13:00
Şahin Diniyev: Sabahı indiki formasına görə Qarabağdan bir pillə öndə görürəm
23 oktyabr, 2026 / 12:35
Səbail klubu ev oyunlarını Qubada keçirmək üçün danışıqlar aparır
23 oktyabr, 2026 / 11:56
Yeni Kaledoniya və Fransız Polineziyası komandaları FIFA U-15 dünya çempionatı üçün Bakıya gəliblər
23 oktyabr, 2026 / 11:16