AFFA I Liqa təmsilçisinə texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi I Liqada çıxış edən "İrəvan" komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.

"Report"un məlumatına görə, buna Qərbi Azərbaycan təmsilçisinin V turda "İmişli" ilə səfər oyununa çıxmaması səbəb olub.

"İrəvan" həmçinin 400 manat cərimələnib.

Digər xəbərlər