AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.
"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, avstriyalı funksioner UEFA Avropa Liqasında Portuqaliyanın “Braqa” və Şotlandiyanın "Reyncers” komandaları arasında keçiriləcək 1/16 final mərhələsinin cavab oyununa təyinat alıb. O, fevralın 26-da “Estadio Municipal de Braqa”da təşkil olunacaq qarşılaşmanın hakim-inspektoru olacaq.