A Seriyası: Roma derbisində qalib müəyyənləşməyib

İtaliya A Seriyasının XXXII turu Roma derbisi ilə yadda qalıb.

“Report” xəbər verir ki, paytaxtın eyniadlı klubu "Latsio"nun qonağı olub.

“Olimpiko” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

47-ci dəqiqədə “Latsio”nun müdafiəçisi Alessio Romanyoli hesabı açıb. 69-cu dəqiqədə “Roma”nın hücumçusu Matias Sule hesabı bərabərləşdirib.

32 matçdan sonra "Latsio" 56 xalla A Seriyasının turnir cədvəlində altıncıdır. "Roma" eyni sayda oyundan sonra 54 xalla yeddincidir. 71 xala malik "İnter" vahid liderdir.

Xəbər lenti