Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Səudiyyə Ərəbistanı Pro Liqasının XXII turunda qələbə qazanıb.
"Report" xəbər verir ki, Ronaldunun (48) fərqləndiyi matçda komandası səfərdə "Əl-Vəhda"nı 2:0 hesabı ilə məğlub edib.
Digər qolu 90+8-ci dəqiqədə penaltidən Sadio Mane rəqib qapısından keçirib.
40 yaşlı futbolçu bununla da karyerasında vurduğu qolların sayını 925-ə çatdırıb.
Qeyd edək ki, Pro Liqada "Əl-Nəsr" 47 xalla üçüncü sırada yer alıb. Turnir cədvəlinə 55 xalla "Əl-İttihad" komandası başçılıq edir.