Futboldan kənarlaşdırılan Azərbaycan klubu rəsmisinin şikayəti qismən təmin edilib

Futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırmaq əsası ilə 1 il müddətinə futboldan kənarlaşdırılan “Marafon” İdman Klubunun, həmçinin Ağcabədinin “Olimpiya” komandasının rəsmisi Orxan Əliyevin şikayəti qismən təmin edilib.

“Report” xəbər verir ki, bu barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarında bildirilib.

Tribunalın qərarına əsasən, “Marafon”un rəsmisi, eyni zamanda futbolçusu olan O.Əliyevin cəzası 1 ildən 6 aya endirilib. Qalan 6 ay şərti cəza kimi tətbiq olunub. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən edilib. Sınaq müddətinin başlanğıcı 2025-ci il martın 22-dən hesablanıb.

Apellyasiya şikayətləri qalan hissədə təmin edilməyib. Həmçinin qərardan Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah olunub.

Xəbər lenti

Kürdəmirdə avtomobil yanıb 15 iyun, 2025 / 12:33