Bakı. 8 iyul. REPORT.AZ/ Dünya Güləş Birliyi (UWW) iyunda keçirilmiş yarışların nəticəsinə əsasən, sərbəst güləşçilərin yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumata görə, azərbaycanlı güləşçi Xetaq Qazyumov siyahıda yenidən liderliyi ələ alıb.
"Bakı 2015" I Avropa Oyunlarının qızıl medalçısı uzun müddət reytinqdə 97 kq çəki dərəcəsində ikinci olsa da, bu qələbədən sonra ilk pilləyə yüksəlib.