WADA-nın sabiq prezidenti vəfat etdi

Ümumdünya Antidopinq Agentliyinin (WADA) sabiq prezidenti Con Feyhi dünyasını dəyişib. 

"Report" WADA-nın rəsmi saytına istinadən xəbər verir ki, funksioner 75 yaşında Avstraliyada vəfat edib. 

Qeyd edək ki, Con Feyhi 2008 - 2013-cü illərdə WADA-nın prezidenti olub. Ondan sonra bu vəzifəyə britaniyalı Kreyq Ridi keçib. 

Digər xəbərlər