“Vüqar Həşimov Memorialı”nın loqosu Bakının mərkəzində nümayiş etdirilir.
Turnirin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində - “Alov qüllələri”ndə əks olunur.
Turnirin loqosunu paytaxt sakinləri dekabrın 24-dək axşam saatlarında izləyə biləcəklər.