Üçqat Olimpiya çempionu olan amerikalı Karmelo Entoni 2025-ci ildə Basketbol Şöhrət Zalına daxil ediləcək.
"Report" xəbər verir ki, bu barədə ESPN telekanalının jurnalisti Şems Çaraniya "X" sosial şəbəkə hesabında yazıb.
40 yaşlı Entoni Milli Basketbol Assosiasiyasında (NBA) karyerası ərzində "Denver", "Nyu-York", "Oklahoma", "Hyuston", "Portlend" və "Los-Anceles Leykers" komandalarında çıxış edib.
O, 10 dəfə "All-Star" oyununda iştirak edib. ABŞ millisi ilə 2008, 2012 və 2016-cı ildə keçirilən olimpiadalarda qızıl, 2004-cü ilin olimpiadasında isə bürünc medal qazanıb.