Tokio-2020: Olimpiya çempionumuz lisenziya mübarizəsinə başlayır

Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa Təsnifat Turnirində mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu Radik İsayev dayanq üzərinə çıxacaq.

O, Miloş Qoluboviç (Serbiya) - Miloş Pilipoviç (Norveç) cütünün qalibi ilə 1/4 finalda üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Təsnifat Turnirində ötən gün qadınların mübarizəsində Fəridə Əzizova (67 kq) lisenziya qazanıb. Daha əvvəl Milad Beigi Hərçəqani (80 kq) olimpiadaya vəsiqəni təmin edib.

Digər xəbərlər