Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
"Report"un məlumatına görə, milli üzvü 1/32 finaldaı ispaniyalı Ai Tsunoda Roustanta uduzub.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.