Serena Uilyams "US Open" turnirinin finalında uduzub

Bakı. 9 sentyabr. REPORT.AZ/ "US Open" turnirinin finalı oyunu keçirilib.

"Report"un məlumatına görə, mükafat fondu 53 milyon dollar olan turnirin son oyununda yaponiyalı tennisçi Naomi Osaka amerikalı rəqibi Serena Uilyamsla üz-üzə gəlib.

Qarşılaşma Naomi Osakanın 6:2 və 6:4 hesablı qələbəsi ilə başa çatıb. Matç qalmaqalsız ötüşməyib. Oyunun gedişində Serena Uilyams bir neçə xəbərdarlıq alıb. O, bir neçə dəfə hakimi təhqir edib. Eləcə də digər qayda pozuntularına yol verib.

Digər xəbərlər