Dördqat dünya çempionunun yeni komandası bilindi

"Formula 1" üzrə dördqat dünya çempionu Sebastyan Fettelin yeni komandası açıqlanıb. 

"Report" yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, almaniyalı pilot 2021-ci ildə "Aston Martin"də çıxış edəcək. Daha sonra onunla sözləşmənin daha bir il uzadılma məsələsinə baxılacaq. 

Qeyd edək ki, Sebastyan Fettel mövsümün sonunda "Ferrari"dən ayrılacaq. 

Digər xəbərlər