Beynəlxalq Avtomobil Federasiyası (FIA) kartinq üzrə Avropa çempionatında İtaliya bayrağı altında çıxış edən rusiyalı pilot Artyom Severyuxinin mükafatlandırma mərasimində nasist salamı verməsi ilə bağlı araşdırmalara başlayıb.
"Report"un FIA-nın rəsmi saytına istinadən məlumatına görə, yeniyetmə sürücünün addımının yolverilməz olduğu bildirilib. Onun cəzalandırılacağı gözlənilir.
Severyuxinin hərəkəti sosial şəbəkələrdə də ciddi narazılığa səbəb olub.