Rusiyalı olimpiya çempionu Bakıdakı "Formula 1" yarışını izləyir

Rusiyalı fiqurlu konkisürən Anna Şerbakova Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisini izləyir.

"Report"un məlumatına görə, 18 yaşlı idmançı bu barədə rəsmi teleqram kanalından paylaşım edib.

Şerbakova Pekin-2022 Qış Olimpiya Oyunlarında çempion olub. Fiqurlu konkisürən iki dəfə dünya çempionatlarında da qızıl medala sahib çıxıb.

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

Digər xəbərlər