​Rusiyalı idmançı ürək çatışmazlığından vəfat edib

Bakı. 23 fevral. REPORT.AZ/ Rusiyalı biatlonçu Alina Yakimkina dünyasını dəyişib. 21 yaşlı idmançının vəfatına ürək çatışmazlığı səbəb olub.

"Report"un məlumatına görə, A.Yakimkina fevralın 21-də Tümendə keçirilən Rusiya Kuboku zamanı vəfat edib. Həkimlər yarış zamanı özünü itirən idmançı qıza yardım etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb.

Digər xəbərlər