Rusiya çempionu dopinqə görə 4 illik cəzalandı

Rusiya Antidopinq Agentliyi (RUSADA) velosipedçi Aleksandr Qonçarovu diskvalifikasiya edib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub. Velosipedçi 4 il müddətinə cəzalandırılıb.

Qonçarovun cəzasının 2019-cu il sentyabrın 9-dan hesablandığı bildirilib. O, ötən il Rusiya çempionatının qızıl medalını qazanıb.

Digər xəbərlər