​"Rio-2016"da qadın futbolçuların mübarizəsində 1/4 finalçılar müəyyənləşib

Bakı. 10 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında qadın futbolçular arasında gedən mübarizənin 1/4 final iştirakçıları müəyyənləşib.

"Report"un məlumatına görə, avqustun 12-də baş tutacaq oyunlarda Avropanın 3 komandası iştirak edəcək.

Gərgin görüşlərdən sonra Braziliya Avstraliyaya, ABŞ İsveçə, Çin Almaniyaya, Kanada isə Fransaya rəqib olub. 1/4 final mərhələsinin oyunları avqustun 12-də keçiriləcək.

İlk oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Digər xəbərlər