Rauf Xəlilov: "Qolfu inkişaf etdirməliyik, bu idman növü geridə qalıb"

"Qolfu inkişaf etdirməliyik. Bu idman növü geridə qalıb".

"Report"un məlumatına görə, bunu Azərbaycan Qolf Federasiyasının yeni prezidenti Rauf Xəlilov mətbuat konfransında deyib.

O, milli komandanın olmadığını bildirib: "İlk hədəfimiz yığmanı formalaşdırmaq və gəncləri bu idman növünə cəlb etməkdir. Quba şəhərində və Qala kəndində infrastrukturumuz var. Qubadakı qolf klubundan inkişafa başlamaq olar. Başqa regionlarda da inkişaf olacaq".

Digər xəbərlər