Qadınlardan ibarət Azərbaycan millisi "Antalyaspor" klubu ilə yoldaşlıq oyunu keçirəcək

Qadınlardan ibarət Azərbaycan millisi Türkiyənin "Antalyaspor" klubu ilə yoldaşlıq oyunu keçirəcək.

Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən bildirilib.

Görüş oktyabrın 5-dən 13-dək Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.

Matç oktyabrın 9-da, Bakı vaxtı ilə saat 18:00-da "Titanic Deluxe Belek Football Center"də reallaşacaq.

Digər xəbərlər