Uşaqlar üçün ustad dərsi keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə növbəti ustad dərsi keçirilib.

"Report"un məlumatına görə, tədbir Bakıda Heydər Əliyev Mərkəzinin parkında gerçəkləşib.

Uşaqlar üçün ustad dərsini ACF prezidentinin müşaviri, dünya çempionatının mükafatçısı Natiq Bağırov keçib.

Tədbirə ACF-in vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli və Rüstəm Orucov, Səid Mollayi, Orxan Səfərov kimi tanınmış cüdoçular da qatılıb.

Digər xəbərlər