"Norway Chess": Məmmədyarov Aryan Tari ilə, Rəcəbov Uesli So ilə üz-üzə gələcək

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində ilk görüşlərini keçirəcək.

"Report"un məlumatına görə, Məmmədyarov I turda norveçli Aryan Tari ilə ağ, Rəcəbov ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayacaq.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.

Digər xəbərlər