Nepomnyaşi şahmat tacı uğrunda dueldə qələbə qazanaraq hesabda önə keçib

Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.

"Report" xəbər verir ki, ikinci qarşılaşma rusiyalı qrossmeysterin qələbəsi ilə bitib - 1:0.

Qara fiqurlarla mübarizə aparan Nepomnyaşi 29-cu gedişdə rəqibini məğlub edib.

Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında yarışan iti zəka sahibi ümumi hesabda önə keçib - 1,5:0,5.

Qeyd edək ki, qrossmeysterlər arasındakı ilk görüşdə heç-heçə qeydə alınıb. Tərəflər arasındakı növbəti duel aprelin 12-də olacaq.

Digər xəbərlər