Bakı. 9 iyul. REPORT.AZ/ Polşanın Qdansk şəhərində gənclərin Avropa Kuboku yarışı zamanı Beynəlxalq Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimlik üçün imtahanı keçirilib.
"Report" Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, imtahanda ACF-nin respublika dərəcəli hakimi Nazim Umbayev də iştirak edib.
Sınaqdan uğurla keçən Umbayev beynəlxalq dərəcəli hakim adını qazanıb.
Bununla da, hazırda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakimlərimizin sayı 6-ya çatıb.
Beynəlxalq dərəcəli hakimlərdən üçü – Mətin Rəhimli, Arzu Acalova və Nazim Umbayev federasiyanın son 2 ildəki səmərəli fəaliyyəti nəticəsində bu dərəcəyə sahib olublar.