Martın 16-da Budapeştdə Macarıstan Güləş Federasiyasının 100 illik yubileyi qeyd olunub.
"Report"un məlumatına görə, bununla bağlı Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev, UWW-nin prezidenti Nenad Laloviç, Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinin üzvü Pol Şmitt, Macarıstan Olimpiya Komitəsinin prezidenti Kristian Kulçar və Macarıstan Güləş Federasiyasının vitse-prezidenti Peter Başçanın iştirakı ilə tədbir keçirilib.
Tədbirdə bildirilib ki, geridə qalan 100 ildə beynəlxalq arenalarda 129 Macarıstan güləşçisi 429 medal qazanıb. O da vurğulanıb ki, bu ölkənin güləş əfsanəsi, olimpiya, dünya və Avropa çempionu İştvan Kozmanın adını daşıyan güləş akademiyasında gələcəyin çempionlarını yetişdirmək üçün əlverişli şərait yaradılıb.
UWW-nin prezidenti Nenad Laloviç isə bunları söyləyib: “Akademiyada olimpiya çempionlarının şəkillərinin vurulduğu stendə tamaşa etdim. Bundan çox təsirləndim. Gördüyüm mənzərə macar güləşinin gücünün göstəricisiydi. UWW-nin daha güclü olması üçün onun üvləri də Macarıstan Güləş Federasiyası kimi güclü olmalıdır. Sizi 100 illik yubileyiniz münasibətilə təbrik edirəm. Şadam ki, bu əlamətdar tarix Avropa Olimpiya Təsnifat turniri ilə üst-üstə düşdü və mən də bu yubileyi sizinlə birgə qeyd etdim”.
Qeyd edək ki, sabah həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşində 6 çəkidə finalçıların Olimpiadaya lisenziya qazanacağı təsnifat yarışı start götürəcək. Martın 21-dək davam edəcək turnir BOK İdman Mərkəzində keçiriləcək. Bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Namiq Əliyev Macarıstan Güləş Federasiyasının yubileyində iştirak edib
Digər xəbərlər
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
19 oktyabr, 2026 / 10:57
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19 oktyabr, 2026 / 10:09
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirini 14 medalla başa vurublar
18 oktyabr, 2026 / 21:08
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
18 oktyabr, 2026 / 20:44
Azərbaycan gimnastı Selcan Mahsudova Dünya Kubokunda qızıl medal qazanıb
18 oktyabr, 2026 / 18:00
Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
18 oktyabr, 2026 / 17:43
Kamandan oxatma üzrə Superkubok yarışı keçirilib
18 oktyabr, 2026 / 16:29
Azərbaycan karateçiləri dünya çempionatını 5 medalla başa vurublar
18 oktyabr, 2026 / 16:09
Azərbaycanın stolüstü tennisçiləri Polşada beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
18 oktyabr, 2026 / 12:00
U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb
18 oktyabr, 2026 / 09:17
AGF-də regional güləş koordinatorları ilə görüş keçirilib
17 oktyabr, 2026 / 22:04
Naxçıvanda yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib
17 oktyabr, 2026 / 20:50
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
17 oktyabr, 2026 / 20:44
Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
17 oktyabr, 2026 / 18:39
Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
17 oktyabr, 2026 / 15:29
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
17 oktyabr, 2026 / 13:13
Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
17 oktyabr, 2026 / 12:05
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
17 oktyabr, 2026 / 10:56
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
17 oktyabr, 2026 / 09:54
Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazanıb
16 oktyabr, 2026 / 22:41