MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında iştirak edirlər

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi şəxsləri Avropa Olimpiya Komitələrinin (AOK) 54-cü Baş Assambleyasında iştirak edirlər.

Bu barədə "Report"a MOK-un mətbuat xidmətindən məlumat verilib.

Almaniyanın Frankfurt şəhərində keçirillən tədbirə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov qatılıblar.

Toplantıda Milano-Kortina 2026 Qış Olimpiya Oyunları, İstanbul 2027 Avropa Oyunları və AOK-un “Strategiya Gündəliyi - 2030” kimi vacib mövzular gündəmdədir.

Bundan əlavə, “Ən yaxşı avropalı gənc atlet” üçün “Pyotr Nurovski” mükafatı və Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı təqdim ediləcək.

Xəbər lenti

Bəzi çaylarda sululuq artıb 28 aprel, 2025 / 09:51