Məşhur tennisçi Madriddəki yarışda iştirak etməyəcək

İspaniyalı tennisçi Karlos Alkaras Madriddə keçirilən Mastersdə iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Dünyanın üç nömrəli tennisçisi ATP-500 turnirinin finalında danimarkalı Holqer Rune ilə qarşılaşmada aldığı zədə səbəbindən yarışa qatılmamaq qərarına gəlib.

Alkaras Zizu Berqs (Belçika) - Yosihito Nisioka (Yaponiya) cütünün qalibi ilə üz-üzə gəlməli idi.

Qeyd edək ki, Masters turniri mayın 4-dək davam edəcək.

Xəbər lenti

Tramp Qətərdədir 14 may, 2025 / 16:21