Məmmədyarov ərəb dünyasının ən nüfuzlu turnirində mübarizə aparacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Şarja Şahmat Klubunun təşkil etdiyi onlayn turnirdə oynayacaq. 

"Report" FIDE-nin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 35 yaşlı qrossmeysterlə yanaşı, turnirə Saleh Salem, Pentala Harikrişna, Bassem Amin, Rustam Kasımcanov, Radoslav Voytaşek qatılacaq. Onlar rapid növündə mübarizə aparacaqlar.

12-13 iyunda keçiriləcək yarış ərəb dünyasının ən nüfuzlu şahmat turnirlərindən hesab olunur. Mükafat fondu 10 min ABŞ dollarıdır. 

Digər xəbərlər