İtaliyada keçirilən “Formula 1” üzrə Emiliya-Romanya Qran-prisinin qalibi müəyyənləşib.
"Report"un məlumatına görə, “Red Bull” pilotu Maks Ferstappen birinci olub.
“Maklaren” sürücüsü Lando Norris ikinci, onun komanda yoldaşı Oskar Piastri üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabrda baş tutacaq.