AŞF prezidenti: Aydın Süleymanlı və Məhəmməd Muradlı artıq milli komandanın qapısını döyürlər

Aydın Süleymanlı və Məhəmməd Muradlı artıq milli komandanın qapısını döyürlər.

"Report"un məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov deyib.

O, kişilər arasında Azərbaycan çempionatında gərgin mübarizəyə şahidlik etdiklərini bildirib: "Yarış iştirakçılarına təşəkkürümü bildirirəm. Görüşlər qarışıq formatda keçirilirdi. Şahmatçılar əvvəlcə dairəvi sistemdə qüvvələrini sınadılar. Ardınca yarımfinal və final görüşləri baş tutdu. İştirakçılardan Məhəmməd Muradlını xüsusi vurğulamaq istərdim. O, indiyə qədər 2 dəfə öllə çempionu olub. Lakin bu dəfə finalda Aydına məğlub olaraq gümüş medalla kifayətləndi. O cümlədən Aydın Süleymanlı da çempion olaraq öz reytinqini qaldırdı".

Digər xəbərlər