Bakı. 8 iyul. REPORT.AZ/ Macarıstanın Milli Olimpiya Komitəsi (MOK) Budapeşti 2024-ci il Yay Olimpiya Oyunlarının paytaxtı kimi namizədliyini irəli sürüb. Bu barədə "Report" TASS agentliyinə istinadən xəbər verir.
2024-cü il yay Olimpiya Oyunlarının keçirilməsi üçün ərizələrin rəsmi qəbulu yanvar ayının 15-dən başlayıb və 2015-ci il sentyabrın 15-də başa çatacaq.
Olimpiya Oyunlarının paytaxtını Beynəlxalq Olimpiya Komitəsi 2017-ci ildə Limada baş tutacaq təşkilatın 130-ci sessiyasında elan edəcək.
Qeyd edək ki, bundan əvvəl Oyunlara ev sahibliyi etmək üçün namizədliklərini Roma (İtaliya), Hamburq (Almaniya), Boston (ABŞ) və Paris (Fransa) irəli sürüb.