Bakı. 27 avqust. REPORT.AZ/ "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Belçika Qran-prisinin qalibi olub.
"Report" xəbər verir ki, avtomobil yarışında ikinci yeri "Ferrari"nin alman pilotu Sebastyan Fettel tutub.
"Red Bull"un avstraliyalı pilotu Daniel Rikkardo finiş xəttini üçüncü keçib.
Növbəti Qran-pri mərhələsi sentyabrın 1-dən 3-dək İtaliyada keçiriləcək.