Lüis Hemilton: "Ağrılara görə yarışın tez bitməsi üçün dua etdim"

"Ağrı və adrenalindən dişimi sıxmışdım. Dua edirdim ki, yarış tez bitsin".

"Report"un məlumatına görə, bunu "Mercedes" komandasında çıxış edən "Formula 1" pilotu Lüis Hemilton Azərbaycan Qran-prisindən sonra "Sky Sports"a açıqlamasında deyib.

7 qat dünya çempionu həmin ağrıları sözlə ifadə edə bilməyəcəyini söyləyib: "Amma ümumilikdə biz yaxşı vəziyyətdəyik. 3 və 4-cü yeri tutmaq komanda üçün əla nəticə sayılır".

Qeyd edək ki, Lüis Hemilton Bakıdakı yarışda 4-cü olub. Onun komanda yoldaşı Corc Rassell üçüncü yeri tutub.

Digər xəbərlər