London Marafonunda dünya rekordu yenilənib

Keniyalı atlet Sebastyan Save London Marafonunun qalibi olaraq dünya rekordunu yeniləyib.

"Report"un məlumatına görə, o, 42.195 km məsafəni iki saatdan az müddətdə (1 saat 59 dəqiqə və 30 saniyə) qət edib.

Efiopiyalı Yomif Kijelça ikinci yeri tutub (1:59.41). 2020-ci il olimpiadasının medalçısı, uqandalı marafonçu Ceykob Kiplimo ilk "üçlüy"ü tamamlayıb.

Əvvəlki dünya rekordu 2023-cü ilin oktyabrında qeydə alınıb. Digər keniyalı atlet Kelvin Kiptum Çikaqo Marafonunu 2 saat 35 saniyəyə başa vurub.

Digər xəbərlər