KİV: “Tur de Frans” təxirə salınacaq

Velosiped üzrə “Tur de Frans” yarışı koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə təxirə salınacaq. 

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, təxirəsalma Fransada bütün kütləvi tədbirlərin iyulun ortalarınadək qadağan olunması ilə bağlıdır. 

"Tur de Frans" 27 iyun - 19 iyulda keçirilməli idi. 

Qeyd edək ki, daha öncə "Tur de Frans"ın baş direktoru Kristian Pryudom yarışın tam ləğvini və ya tamaşaçısız keçirilməsini düşünmədiyini açıqlayıb. 

Digər xəbərlər