Bakıdakı Dünya Kubokunda Ukrayna idmançılarının xərcləri qarşılanacaq

Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) Bakıdakı güllə və stend atıcılığı üzrə Dünya Kubokunda Ukrayna idmançılarının xərclərini qarşılaşacaq.

"Report" ISSF-in rəsmi saytına istinadən xəbər verir ki, güzəşt İtaliyanın Lonato şəhərindəki Dünya Kubokuna, İspaniyanın Qranada şəhərindəki Qran-priyə, Cənubi Koreyanın Çxanvon şəhərindəki Dünya Kubokuna və Misirin paytaxtı Qahirədəki dünya çempionatına da şamil olunacaq.

Bu, Ukrayna Atılıcıl Federasiyasının ISSF-ə müraciətindən sonra gerçəkləşib.

Qeyd edək ki, Bakıdakı yarış 27 may - 7 iyunda gerçəkləşəcək.

Digər xəbərlər