Azərbaycan atleti Yekaterina Sariyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı üçtəkanla tullanmada 14,12 metr nəticə ilə 2-ci yeri tutub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər atleti Aleksis Kopello bu növdə gümüş medal əldə etmişdi.