Bu turnirdəki iştirakçılar top-şahmatçılardır.
"Report"un Xankəndiyə ezam olunan əməldaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iranlı şahmatçı Amin Tabatabai deyib.
O, XI Vüqar Həşimov Memorialı haqqında fikirlərini bölüşüb:
"Bu turnirə uzun müddətdir baxırdım. Həmişə burada gücümü sınamağı düşünürdüm. Çox xoşbəxtəm ki mən də iştirak edirəm. Bu yarışa uzun müddət hazırlaşmışam. Bu mənim üçün Dohadakı rapid və blitz üzrə dünya çempionatına hazırlıqdır. Buradakı iştirakçılar top-şahmatçılardır".
Qeyd edək ki, Xankəndində təşkil olunan Memorial dekabrın 11-də başa çatacaq.