III Avropa Oyunları: Yaylagül Ramazanova çıxışını başa vurub

Azərbaycanın kamandan oxatma üzrə təmsilçisi Yaylagül Ramazanova Polşada keçirilən III Avropa Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, o, 1/32 final görüşündə litvalı Paulina Ramanauskayte ilə üz-üzə gəlib.

Gərgin keçən görüşdə əsas vaxtı 5:5 hesablı heç-heçə ilə başa vuran azərbaycanlı idmançı "shoot of"da rəqibinə məğlub olub - 5:6.

Bununla da Yaylagül Ramazanova Avropa Oyunlarındakı çıxışını başa vurub.

Digər xəbərlər