İslamiada: Paracüdoçumuz Ramil Qasımov qızıl medal qazanıb

Bakı. 14 may. REPORT.AZ/ “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarının ikinci günündə yığmamızın üzvü Ramil Qasımov qızıl medal qazanıb.

"Report"un məlumatına görə, o, 73 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində özbəkistanlı Feruz Sayidovu məğlub edərək “Bakı-2017”nin qalibi olub.  

Digər xəbərlər