Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında tənmsil edən güllə atıcısı Nigar Nəsirova bürünc medal qazanıb.
"Report"un məlumatına görə, Nəsirova qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açma yarışında finalda 211,5 xalla 3-cü yeri tutub.
Qızıl medalı 239,3 xalla iranlı Gülnuş Sebqatollahi, gümüş medalı isə 236,3 xalla misirli Afaf Elhodhod əldə edib.