Amerikalı idmançının meyiti yük maşınından tapılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Velosiped idmanının ekstremal növü ilə məşğul olan amerikalı Deyv Mirranın meyiti tapılıb.

"Report"un məlumatına görə, velosipedçinin ABŞ-ın Şimali Karolina ştatında özünə qəsd etdiyi ehtimal olunur.

41 yaşlı idmançının cəsədi yük maşınından tapılıb.

Qeyd edək ki, Deyv Mirra çıxış etdiyi idman növündə 24 medal qazanıb.

Digər xəbərlər