Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub.

"Report"un yerli bürosu məlumat verir ki, 2 ay əvvəl Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunan Fuad Babayev başqa işə keçməyi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb. Onun yerinə hələ ki təyinat yoxdur.

Qeyd edək ki, o uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər