Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kuboku başlayır

Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün start veriləcək.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, Azərbaycanın 127 idmançısı (92 oğlan, 35 qız) tatamiyə çıxacaq.

Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ təmsilçiləri də iştirak edəcəklər.

Xatırladaq ki, Gəncə İdman Sarayında təşkil olunacaq Avropa Kuboku aprelin 5-də çatacaq.

Digər xəbərlər