Fransa gimnastlarımızın da qatılacağı yarışı keçirməkdən imtina etdi

Fransa Gimnastika Federasiyası bu il 30 aprel - 3 may tarixlərinə nəzərdə tutulan idman gimnastikası üzrə Avropa çempionatını keçirməkdən imtina edib.

"Report"un məlumatına görə, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, qərar Fransa hökuməti turnirin sonrakı tarixlərdə təşkilinin mümkün olmadığını açıqladıqdan sonra qəbul olunub.

UEG-nin yarışın təşkili üçün yeni yer axtarışında olduğu qeyd olunub.

Qeyd edək ki, Avropa çempionatında azərbaycanlı gimnastların da iştirakı gözlənilirdi.

Digər xəbərlər