FİDE prezidenti Şəmkirə gəlir

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirinin açılış mərasimi keçiriləcək. 

Turnirin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının prezidenti - FİDE rəhbəri Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək.

Qeyd edək ki, superturnirin təntənəli açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 18:30-da başlayacaq.

Digər xəbərlər